Zaur Kamal televiziyadan uzaqlaşmasının həyatına necə təsir etdiyindən danışıb.


"Yeni Sahah" xəbər verir ki, o, TV-də çalışdığı dövrdə ətrafında çoxlu dost-tanışın olduğunu, lakin mavi ekrandan uzaqlaşdıqdan sonra əksəriyyətin onunla əlaqəni kəsdiyini bildirib.


Aparıcı vaxtilə verilişinə dəvət etdiyi sənət adamlarının da indi onunla maraqlanmadığını vurğulayıb: ShopByBro


"Televiziya olanda insanlar da ətrafımda çox idi, dost-tanış da. Amma indi o şeylər yoxdur. Bağda ərik var idi, salam-əleyk var idi məsələsi. Zəng edib əhvalın necədir, nəyə ehtiyacın var deyə soruşan da yoxdur. Allah heç kəsi heç kəsə möhtac eləməsin".



Telegram kanalımız