Mövcud çətinliklərə baxmayaraq, Moskva və İrəvan kifayət qədər geniş münasibətlər saxlayır.
"Yeni Sabah" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Rusiyaya qarşıdan gələn səfəri ilə bağlı da fikirlərini bildirib. Online alış-veriş
Peskov iki lider arasında Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı söhbətin olacağını vurğulayıb:
"Bu baza regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində çox vacib elementdir".
Telegram kanalımız