ABŞ ordusu noyabrın 26-da Oman körfəzində ABŞ-ın dəniz blokadasını yarmağa cəhd edən kommersiya gəmisini hərəkətsiz vəziyyətə salıb.


"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.


CENTCOM-un məlumatına görə, gəmi Bəndər-Abbas limanından çıxdıqdan sonra heyətə dəfələrlə xəbərdarlıq edilsə də, blokadanı yarmağa cəhd göstərib. Online alış-veriş


Bundan sonra ABŞ hərbi təyyarəsi gəminin arxa hissəsinə dəqiq zərbələr endirib. Nəticədə Palau bayrağı altında üzən “M/V Pacific Archer” gəmisinin hərəkət sistemi sıradan çıxarılıb.


Bildirilib ki, hadisə zamanı gəminin mülki heyət üzvləri xəsarət almayıb./APA



Telegram kanalımız