Amerikalı müğənni Teylor Svift və Amerika futbolçusu Trevis Kelsinin toy tarixi açıqlanıb.

News24.az xəbər verir ki, “Page Six” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, mərasim 2026-cı il 13 iyun tarixində baş tutacaq. Cütlük ABŞ-nin Rod-Aylend ştatında yerləşən viktorian üslubunda tikilmiş “Ocean House” otelində toy mərasimini keçirməyi planlaşdırır.

Bildirilib ki, 13 rəqəmi Svift üçün simvolik məna daşıyır və onun sevimli rəqəmidir.