ABŞ-nin paytaxtı Vaşinqtonda 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının püşkü atılıb.


"Yeni Sabah" xəbər verir ki, turnirdə yer alacaq milli komandalar qruplar üzrə aşağıdakı kimi bölünüb:


A qrupu: Meksika, Cənubi Koreya, CAR, UEFA D yolunun qalibi (Danimarka-Şimali Makedoniya/Çexiya-İrlandiya);


B qrupu: Kanada, İsveçrə, Qətər, UEFA A yolunun qalibi (İtaliya-Şimali İrlandiya/Uels - Bosniya və Hersoqovina);


C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti;


D qrupu: ABŞ, Avstraliya, Paraqvay, UEFA C yolunun qalibi (Türkiyə-Rumıniya/Slovakiya-Kosovo);


E qrupu: Almaniya, Ekvador, Kot-d`İvuar, Kürasao;


F qrupu: Niderland, Yaponiya, Tunis, B yolunun qalibi (Ukrayna-İsveç/Polşa-Albaniya);


G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya;


H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo-Verde;


I qrupu: Fransa, Seneqal, Norveç, FIFA qitələrarası pley-off 2-ci (Boliviya-Surinam/İraq);


J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya;


K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, FIFA qitələrarası pley-off 1-ci (Yeni Kaledoniya-Yamayka/Konqo Demokratik Respublikası);


L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana.


Qeyd edək ki, dünya çempionatı 2026-cı ilin 11 iyun - 19 iyul tarixləri aralığında ABŞ, Kanada və Meksikada təşkil olunacaq./Oxu.az



Telegram kanalımız