Litvanın Vilnüs hava limanı fəaliyyətini yenidən dayandırdığını açıqlayıb.

News24.az “Reuters”ə istinadla xəbər verir ki, bu qərar, hava məkanında şübhəli şarların görünməsi ilə bağlıdır.

Hava limanı rəhbərliyi sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə bütün uçuşları müvəqqəti dayandırıb.