Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov tərəfindən dekabr ayının ilk vətəndaş qəbulu keçirilib.


 


 


Sfera.az bildirir ki, qəbul Yasamal rayonunun 17 saylı üçüncü seçki dairəsinin sakinləri ilə fərdi şəkildə baş tutub. Görüş zamanı vətəndaşlar sosial təminat, məşğulluq və gündəlik həyatlarında qarşılaşdıqları müxtəlif problemlərlə bağlı müraciətlərini deputata çatdırıblar.


 


 


Qaldırılan məsələlərin bir qismi yerindəcə operativ şəkildə həll olunub, digər müraciətlər isə müvafiq araşdırma və prosedur tələb etdiyindən qeydiyyata alınıb. Həmin müraciətlərin aidiyyəti üzrə baxılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq qurumlara yönləndirilməsi nəzərdə tutulur.


 


Deputat Göydəniz Qəhrəmanov seçicilərlə mütəmadi görüşlərin davam etdiriləcəyini və onların problemlərinin həlli istiqamətində səylərin göstəriləcəyini bildirib.