Siam əkizləri tibbdə nadir rast gəlinsə də, bu barədə eşitmiş və məlumatlısınız. Parazit əkiz isə fərqli mövzudur. Jean və Jacques Libbera (Cin və Jak) 1900-cü illərin ən diqqətəlayiq simalarından idilər. Cin mədəsinə və sinəsinə parazit əkiz bağlanmış şəkildə doğulmuşdu. İllərlə əkizi ilə birlikdə şoularda və sirklərdə çıxış edən Cin Libbera, 50 yaşında İtaliyada vəfat edib.


 


Sfera.az bu dəfə sizə Cin və Jak Libberanın həyat hekayəsini təqdim edir. 


 


1900-cü illərdə yaşamış Cin və Jak Libbera fotoda gördüyünüz kimi, iki insan idi.



Cin və onun əkiz qardaşı Jak bir-birinə yapışmış doğulmuşdular. Amma hekayə əslində göründüyündən bir az daha mürəkkəbdir.


 


Cin Libbera sinəsinə və qarnına parazit əkiz bağlanmış vəziyyətdə doğulmuşdu.


 


Onların parazit əkiz adlandırılmasının səbəbi, Jakın əkizi Cinin bədənini yeyərək sağ qalmasıdır. Buna görə Cin Libbera həmçinin "İki Bədənli Adam" kimi tanınır.

Lakin bu, Cin üçün heç bir problem yaratmayıb və o, 50 yaşına qədər yaşayıb.


 


O, evləndi və dörd övlad sahibi oldu. Cin Liberranın reklamlardan kənar həyatı əslində olduqca sirlidir. Liberranın 13 bacı-qardaşı var idi və o, parazit əkizlə doğulan ilk uşaq deyildi. Parazit əkizlə doğulan digər bacı-qardaşı körpəlikdə ölmüşdü. 





Cinin Jak adlı əkizinin inkişafdan qaldığı bildirilir. Bu vəziyyət, embrionun qismən əkizlərə ayrılması və hər iki tərəfin bətnində asimmetrik şəkildə inkişaf etməsi, kiçik əkizin qismən böyük əkizə birləşməsi ilə baş verir.


 


Klivlend Klinikasına görə, birləşmiş əkizlər olduqca nadirdir və dünyada 50.000 hamiləlikdən yalnız birində baş verir. Bu arada, parazit əkizlərin birləşmiş əkizlərin təxminən 10%-ni təşkil etdiyi və dünyada milyondan birindən az doğuşda rast gəlindiyi bildirilir.



Bu gün parazit əkizlər aşkar edildikdə, tibbi cəhətdən təhlükəli olduqları üçün doğuşdan sonra çıxarılırlar. Lakin, 19-cu əsrdə vəziyyət çox fərqli idi.


 


İnsanlar parazit əkizləri ilə sirklərdə və şoularda çıxış edirdilər. Cin Liberranın əkiz qardaşı Jak ilə olan da məhz bu idi. Cütlük şoularda tez-tez eyni kostyumlar geyinirdilər.




Əkizlərin iki kiçik qolu, iki əli, iki ayağı var idi. Parazit əkizlərdən biri normalda huşsuz olsa da, bəzi məlumatlar Jakın sağ olduğunu və hərəkət edə bildiyini göstərir.



Cin və Jak qan dövranı və sinir sistemləri də daxil olmaqla, demək olar ki, hər şeyi bölüşürdülər. Cin bir şəkildə əkizini bədənində gizlədib həyatını davam etdirə bilsə də, 50 yaşlarında İtaliyaya qayıdır və orada vəfat edir.


 


Cin və Jakla birlikdə olan digər cütlük Çanq və Eng Bunker idi.




Eyni sirkdə çıxış edən birləşmiş əkizlər dövrün ən populyar tədbirində çıxış edirdilər.


 


Aynil