Meqan Markl və atası Tomas Markl arasındakı münasibətlər, Şahzadə Harri ilə 2018-ci ildəki toyundan əvvəl pisləşib və o vaxtdan bəri problem həll olunmamış qalıb. İndi, ağır əməliyyatdan və ayağının amputasiyasından sonra, 81 yaşlı kişi sağlamlığı imkan verdiyi müddətdə qızının ailəsini görməyə ümid etdiyini deyir.
Sfera.az bildirir ki, Sasseks hersoginyasının rəsmi nümayəndəsi yeddi illik küsülülükdən sonra Meqan Marklın atası ilə əlaqə saxladığını qeyd edib.
“Mən Meqan Marklın atası ilə əlaqə saxladığını təsdiqləyə bilərəm"- deyə mətbuat xidməti bildirib.
Lakin söhbətin təfərrüatları açıqlanmayıb.
81 yaşlı Tomas Markl xəstəxanaya yerləşdiriləndə Meqanın qardaşı Tomas ondan mərhəmət diləyib.
"Mənim yeganə arzum Meqanın atasına bir az mərhəmət göstərməsidir. O, sözün əsl mənasında həyatı uğrunda mübarizə aparır"- deyə qardaşı bildirib.
Meqanın atasının ayağı amputasiya edilib.
Tomas Markl əməliyyatdan sonra ayağını itirib. 81 yaşlı kişi ötən həftə Filippinin Sebu şəhərindəki xəstəxanaya təcili yardımla aparılıb. O, dərhal əməliyyat olunub, sol əzası dizdən aşağı amputasiya edilib.
Meqanın atası bu ilin əvvəlində oğlu Tomas Markl Jr. ilə birlikdə Filippinə köçüb və "daimi ağrısı" adlandırdığı qızından uzaqlaşaraq yeni bir həyat qurmaq istəyib.
Bundan əlavə, Meqan Marklın atası xəstəxana yatağından qızına yaxınlaşaraq Şahzadə Harri və nəvələri Arçi və Lilibet ilə görüşmək istədiyini bildirib. Tomas küsülü ölmək istəmədiyini və nəvələrini ən azı bir dəfə görmək arzusunda olduğunu bildirib. O, danışığa, bağışlanmağa və barışığa hazır olduğunu bildirib.
Aynil