Gəncədə yol qəzası qeydə alınıb.


 


Sfera.az-ın məlumatına görə, hadisə şəhərin Mir Cəlal Paşayev küçəsində baş verib. Hərəkətdə olan iki minik avtomobili toqquşub.  Qəza nəticəsində 2005-ci il təvəllüdlü H.Süleymanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.




Faktla bağlı araşdırma aparılır.