Kişilərin birdən çox həyat yoldaşına sahib olması bu gün bəzi cəmiyyətlərdə hələ də təəccüblü deyil. Əslində, dünyanın bir çox dinləri və mədəni strukturları bunu dəstəkləyir.


 


 


Bəs qadınların ikidən çox əri olduğunu eşitmisinizmi?





Poliandriya ölkəmiz başda olmaqla, bir çox cəmiyyətlərdə tanınmasa da, mövcudluğu və tarixi əhəmiyyəti səbəbindən son zamanlar qlobal miqyasda məşhurlaşan bir anlayışdır.


 


Sfera.az mövzu ilə bağlı maraqlı yazı təqdim edir. 


 


Mənşəyi hind mifologiyasında Draupadiyə gedib çıxan bu evlilik forması hələ də geniş tətbiq olunur və bəzi yerlərdə müqəddəs hesab olunur.



Bir qadının birdən çox ərinin olduğunu eşitmək bir az maraqlıdır. Bununla belə, bu cür evliliklər dünyanın bəzi ölkələrində mümkündür.

Əvvəlcə tərifdən başlayaq: Poliandriya, bir qadının eyni anda iki və ya daha çox ərinin olduğu bir evlilik formasıdır.


 


Dünyada poliandriyaya qanuni olaraq icazə verən ölkələr arasında, bu gün ən çox yayılmış yerlər Hindistan, Nepal, Nigeriya, Şri-Lanka və Monqolustanın bəzi bölgələridir.


 


Çoxarvadlılığın mövcud olduğu cəmiyyətlərdə qadın adətən ərinin qardaşları ilə evlənir.



Bu cür evliliklər həmçinin kiçik ailələrin torpaqlarını və aktivlərini bölünmədən qorumasının bir yolu kimi qəbul edilir.




Çoxarvadlılıqda bəzən kişilərdən biri və ya bir neçəsi ailəni dolandırmaq üçün işləyə bilər.



Hər biri qardaş olan beş əri ilə Hindistanda yaşayan Rajo Vermanın indi 31 yaşı var. Verma 2013-cü ildə Britaniya qəzetinə verdiyi müsahibədən sonra qlobal miqyasda məşhur olub. 



Anası da üç qardaşla evli olan Verma, o dövrdə verdiyi müsahibədə hər gecəni fərqli bir ər ilə keçirdiyini və bunun onun evlilik həyatına əhəmiyyətli dərəcədə təsir etmədiyini bildirib.




Poliandriyalı nikahlarda, bir qadın hər bir əri ilə cinsi əlaqədə olsa və uşaqları olsa belə, uşaqların atalığı sual altında olmur. Uşaqları bütün valideynlər birlikdə böyüdürlər.



Poliandr nikahların mənşəyi Hindu mifologiyasında Draupadiyə gedib çıxır.


 


Rəvayətə görə, Kral Drupada ölkədə oxçuluq turniri keçirmiş və qızı Draupadini qalib Arjunaya təklif etmişdir. Lakin Arjunanın anası evə qayıdanda ona qazandığını qardaşları ilə bölüşməli olduğunu söyləmiş və beləliklə, Draupadinin poliandr həyatı başlamışdır.



Cənubi Hindistanda ilahə kimi ibadət edilən Draupadinin şərəfinə tikilmiş məbədlər var və bəzi festivallarda hələ də onun şərəfinə od vurulur.


 


Aynil