Dekabrın 8-də ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   


 


DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 331, o cümlədən borclu şəxs qismində axtarışda olan 296 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      


 


Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.


 


Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.