Milli Məclis İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsini qəbul edib.


 


Sfera.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında müzakirə olunub. 


 


Sənədə əsasən fondun 2026-cı il üzrə xərcləri 266 400 000 manat məbləğində təsdiq edilir. 




Müqayisə üçün bildirək ki, 2025-ci ildə fondun büdcəsi 260,7 milyon manat idi. Gələn il xərclərdə artım nəzərdə tutulur. 


 


Qanun layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.




Firuzə Əliyeva

Sfera.az