Zərdabda yol qəzası olub, ölən və xəsarət alanlar var.


 


Sfera.az xəbər verir ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.


 


Hərəkətdə olan "Toyota" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.


 


1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Xəsarət alanlardan 3-ü azyaşlıdır.