Modanın qlobal istiqamətini müəyyən edən nüfuzlu beynəlxalq institutlar 2026-cı ilin rəng trendlərini açıqlayıb. 


 


Sfera.az xəbər verir ki, qarşıdakı ilin əsas rəngi yumşaq ağ çalarıdır.


 


Bu rəngi sakitliyin və təmiz başlanğıcın simvolu kimi təqdim edir və həm geyim, həm də interyer dizaynında ən çox istifadə olunacaq tonlardan biri kimi göstərilir.


 


2026-cı ildə yaşılın müxtəlif çalarları, zeytun, meşə yaşılı və pastel yaşıl kimi rənglər də trenddir. Bununla yanaşı, isti torpaq tonları, o cümlədən kakao və gil rəngləri də geniş istifadə ediləcək.


 


2026-cı ilin palitrasında dərin bordo və bənövşəyi çalarlar da öz yerini qoruyacaq. Bu rənglər payız-qış kolleksiyaları üçün daha çox seçiləcək və zərif görünüş yaratmaq istəyənlərə tövsiyə olunur. Bahar-yay mövsümü üçün isə pastel və canlı tonların önə çıxacağı gözlənilir.


 


2026-cı ilin rəng trendləri ümumi olaraq sakitlik, harmoniya və minimalist zövqlə seçilən təbii çalarlara üstünlük verəcək. Bu rənglər həm geyim dizaynında, həm də məişət və dekorasiya sahəsində geniş tətbiq olunacaq.


 


Fidan Hacızadə

Sfera.az