Yevlaxda ağıq qəza olub. Hadisə rayonun N. Gəncəvi küçəsində baş verib.


 


Sfera.az xəbər verir ki, “VAZ-2107” markalı avtomobil yol kənarına aşıb.


 


Qəza nəticəsində 2008-ci il təvəllüdlü Rəşidli Rac Elşad oğlu və 2010-cu il təvəllüdlü Musa Musayev müxtəlif bədən xəsarətləri alıb.


 


Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


 


Faktla bağlı araşdırma aparılır