Rusiya Müdafiə Nazirliyinin An-22 təyyarəsi qəzaya uğrayıb


 


Sfera.az xəbər verir ki, İvanovo bölgəsində An-22 təyyarəsi qəzaya uğrayıb.


 


İlkin məlumatlara görə, təyyarə Rusiya Müdafiə Nazirliyinin təyyarəsinə məxsus olub.


 


Qəza Furmanovski rayonunda baş verib və təyyarədə yeddi heyət üzvü olub. Hadisə yerində təcili yardım xidmətləri işləyir. Xəsarət alanlar və ya qəzanın səbəbi barədə məlumat yoxdur. Milli.Az