Avropa İttifaqının diplomatiya rəhbəri Kaja Kallas Avropa Komissiyasının hərbi səlahiyyətlərinin əhəmiyyətli dərəcədə genişləndirilməsinin zəruriliyini bildirib.
Sfera.az xəbər verir ki,onun sözlərinə görə, Aİ müdafiə nazirlərinin son iclası müdafiə sahəsində Avropa yanaşmasına keçidin vacibliyini bir daha göstərib. Kallasın sözlərinə görə, Aİ artıq müdafiədə milli yanaşmadan imtina etməli və daha sıx koordinasiya olunmuş Avropa modelinə keçməlidir.
O qeyd edib ki, bəzi silah növləri çox mürəkkəb və bahalı olduğundan ayrı-ayrı ölkələrin onları təkbaşına əldə etməsi mümkün deyil. Halbuki Aİ-nin təsis sənədlərinə əsasən, hərbi səlahiyyətlər üzv dövlətlərə məxsusdur və Avropa Komissiyası bu sahədə qərarvermə hüququna malik deyil. Buna baxmayaraq, 2024-cü ilin payızında AK prezidenti Ursula fon der Leyen müdafiə üzrə komissar vəzifəsi yaratmaqla, qanunvericilik bazasını dəyişdirmədən hərbi səlahiyyətlərin Brüsselə ötürülməsi üçün yeni mexanizm formalaşdırıb.
Niyaz Hacıyev
Sfera.az