“Politico Europe”un illik reytinqinə əsasən, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Avropanın 28 ən nüfuzlu lideri sırasında ilk beşlikdə qərarlaşıblar.


 


Sfera.az xəbər verir ki, siyahıda ABŞ prezidenti birinci, Rusiya lideri isə beşinci yeri tutub. Nəşr qeyd edir ki, adətən “Politico 28” siyahısı yalnız avropalı fiqurları əhatə edir, lakin Putin və Trampın Avropa siyasətinə təsiri nəzərə alınaraq, bu dəfə onlar da reytinqə daxil edilib. 2025-ci ilin ikinci yarısında ölkəsinin Aİ Şurasına sədrlik edəcəyi üçün Danimarkanın baş naziri Mette Frederiksen siyahıda ikinci yerdə göstərilib. Almaniya kansleri Fridrix Mers “Almaniyanın yenidən silahlanmaya dönüşü” səbəbindən üçüncü pillədə yer alıb.


 


Avropa Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte isə müvafiq olaraq yeddinci və səkkizinci yerləri bölüşüblər. Reytinqdə həmçinin Macarıstanın baş naziri Viktor Orban (Aİ-nin anti-Rusiya tədbirlərinə davamlı müqavimətinə görə – 12-ci yer), Ukrayna prezidenti Volodimir Zelenski (14-cü yer) və Aİ diplomatiyasının rəhbəri Kaja Kallas (16-cı yer) da yer alıb.


 


Niyaz Hacıyev


Sfera.az