Xəbər verdiyimiz kimi, bu gün Bakının Bakıxanov qəsəbəsində yerləşən villaların birində partlayış baş verib.


 


Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, partlayışın baş verdiyi villanın sahibi Təyyar Bağırovdur.


 


Təyyar Bağırov hüquq-mühafizə orqanlarında çalışan vəzifəli şəxsin qardaşıdır.


 


Hadisə su hovuzunda qaynaq aparatını işə salan zaman baş verib. Hadisə nəticəsində iki usta müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1982-ci il təvəllüdlü kişi Sabunçu Tibb Mərkəzində həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.


 


Faktla bağlı araşdırma aparılır.