Dekabrın 9-u axşam saatlarında Qusar rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ağır xəsarət alıb.


 


Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Onlardan 3-ü kişi, 1-i qadındır.


 


Yaralıların vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.


 


Faktla bağlı araşdırma aparılır.