Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi tədqiqatların təşkili, səmərəliliyinin artırılması və tətbiqi tədqiqatların stimullaşdırılması mövzusunda müzakirələr keçirilib. Görüşdə Kembric Universitetinin professoru, tanınmış alim Qərib Mürşüdov iştirak edib.


 


Sfera.az bildirir ki, görüş zamanı elmi tədqiqatların effektiv təşkili, tədqiqat mühitinin gücləndirilməsi və tətbiqi araşdırmaların təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb.


 


Professor Qərib Mürşüdov səmərəli elmi fəaliyyətin əsas şərtləri kimi “maliyyə, mühit və nəzarət” amillərini önə çəkib. O, həmçinin qeyd edib ki, “Vətənə xidmət üçün hər kəs öz işini görməlidir".


 


Tədbirin davamında UNEC-in bir qrup gənc tədqiqatçısı professor Qərib Mürşüdovun təqdimatını dinləyib və elmi fəaliyyətlə bağlı suallarını ünvanlayıblar. Professor gənc alimlərin suallarını cavablandıraraq onlara faydalı tövsiyələr verib.


 


UNEC rəhbərliyi və kollektivi professor Qərib Mürşüdova universitetə ayırdığı vaxt və gənc tədqiqatçılara göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.