Bakının Bakıxanov qəsəbəsindəki evdə baş verən partlayış nəticəsində zərərçəkənlərdən biri vəfat edib.


 


Bu barədə Sfera.az-a Sabunçu Tibb Mərkəzindən bildirilib. 




"Anesteziologiya və reanimasiya şöbəsində olan zərərçəkən bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması və üz və ətrafların ikinci dərəcəli yanıqları ilə xəstəxanaya yerləşdirilib. Reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb", - deyə məlumatda qeyd olunub.