Yeni ilin yaxınlaşması münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələr üçün maraqlı və kreativ layihəyə start verilib. “Arzum UNEC-də” adlı layihə çərçivəsində tələbələr öz yeni il arzularını xüsusi hazırlanmış kağızlara yazaraq universitetin ərazisində qurulmuş Yeni il ağacından asa bilərlər.
Sfera.az bildirir ki, layihənin əsas məqsədi tələbələr arasında bayram əhval-ruhiyyəsi yaratmaq, onların arzularını ifadə etmələri üçün yaradıcı mühit formalaşdırmaq və birlik hissini gücləndirməkdir.
Tələbələr sadəcə olaraq Yeni il ağacına yaxınlaşaraq, arzularını kağıza yazıb ağacdan asa bilərlər. Bu təşəbbüs UNEC tələbələrinin yeni ilə ümid və pozitivliklə addımlamalarına dəstək olmağı hədəfləyir.
UNEC kollektivi hər kəsi bu bayram ovqatına qoşulmağa və arzularını paylaşmağa dəvət edir: