Beynəlxalq Olimpiya Komitəsi (BOK) xüsusi Dürüstlük Bölməsinin yaradıldığını elan edib. Bu qurum 2026-cı il Qış Olimpiya Oyunları zamanı potensial pozuntuların, o cümlədən də razılaşdırılmış oyunların qarşısını almaq üçün nəzərdə tutulub.
Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytında məlumat verilib.
Xüsusi bölmə 2026-cı il yanvarın 30-dan fevralın 24-dək fəaliyyət göstərəcək.
Bu sistem 2012-ci il London Olimpiadasından bəri tətbiq olunur.
Qeyd edək ki, 2026-cı il 25-ci Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək İtaliyanın Milan və Kortina şəhərlərində keçiriləcək.