Rusiyanın Kamçatka diyarında 5,7 maqnitudada zəlzələ qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı teleqram kanalında məlumat yayıb.


 


Seysmik hadisə Petropavlovsk-Kamçatskdan 300 km məsafədə baş verib. Zəlzələnin episentri 80,4 km dərinlikdə yerləşib.


 


Dağıntı və ya tələfat barədə məlumat yoxdur./publika