Astara rayonu ərazisində, Xəzər dənizində 2 nəfər itkin düşüb.


 


Sfera.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 


 


Dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. 


 


Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.


 


Əlavə məlumat veriləcək.