Gəncədə dönərdən zəhərləndikləri ehtimal edilən şagirdlərin vəziyyəti açıqlanıb.
Sfera.az xəbər verir ki, 09.12.2025-ci il tarixində saat 21:30 radələrindən başlayaraq 8 nəfər (5 kişi cinsli, 3 qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub:
"Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar" - deyə xəstəxanadan bildirilib.