Gəncədə dönərdən kütləvi zəhərlənmə hadisəsi olub.
Sfera.az xəbər verir ki, zəhərlənənlərin əksəriyyəti Gəncə şəhər M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləridir.
Onlar dərsdən sonra dönərlə qidalanıblar.
Zəhərlənənlərin adlarını təqdim edirik: Əli Zeynalov (2015), Məlahət Məmmədova (2015), Kamal İsmayılov (2015), Hüseyn Hüseynli (2015), Rüqəyya Tağıyeva (2015), Aydan Həsənzadə (2015), Adil Məmmədov ( 2015), Əli Mizəyev (2015).
Məktəblilər artıq ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.