ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə bağlı qapılar arxasında keçiriləcək dəyirmi masada iştirak edəcək.
Sfera.az xəbər verir ki, rəsmi cədvəldə görüşün mövzusu açıqlanmayıb və tədbirin məzmunu barədə əlavə məlumat verilməyib.
Trampın görüşdə iştirakı Bakı vaxtı ilə saat 23:00-a təsadüf edir. Ağ Evdə keçiriləcək qapalı toplantının məqsədi və müzakirə olunacaq mövzular barədə administrasiya hələlik heç bir açıqlama verməyib. Tədbirin siyasi, iqtisadi və ya təhlükəsizlik məsələləri ilə bağlı ola biləcəyi ehtimal edilir, lakin detallara dair məlumatın məxfi saxlanılması diqqət çəkir.
Niyaz Hacıyev
Sfera.az