Bakının Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 


Sfera.az xəbər verir ki, hadisə dekabrın 9-u saat 11 radələrində qeydə alınıb.

 


1996-cı il təvəllüdlü Anar Zahir oğlu Ağayev yaşadığı X.Mustafayev küçəsi 443 ünvanındakı 16 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.

 


O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 


Faktla bağlı araşdırma aparılır.