Yaponiyanın Honsü adasında 6.5 bal gücündə zəlzələ qeydə alınıb.


Oxu.Az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.


Məlumata görə, yeraltı təkanların episentri 220 min nəfərin yaşadığı Haçinohe şəhərindən 102 km şimal-şərqdə yerləşib.


Zəlzələ ocağının dərinliyi 34 km olub.


Zərərçəkənlər və dağıntılar haqqında məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.



Telegram kanalımız