Yenicə baba olan Nadir Qafarzadə təəsüratlarını bölüşüb.


"Yeni Sabah" xəbər verir ki, o, "Qonaqcanlı" verilişinə telefonla zəng edib. Nəvəsindən danışan ifaçı göz yaşlarını saxlaya bilməyib:


"Uşağı göstəriblər, şirindir. Kövrəlmişəm. 4 ildən sonra bizə də bu sevinci yaşamaq qismət oldu. Bağışlayın, məni qəhər boğub, danışa bilmirəm".


Qeyd edək ki, Əntiqə və Loğmanın oğul övladları dünyaya gəlib.


Aydan Hacı 



Telegram kanalımız