Dekabrın 11-də ukraynalı hərbçilər Donetsk vilayətinin Pokrovsk şəhərinin mərkəzində Ukrayna bayrağını qaldırıblar.


Oxu.Az bu barədə Dialog.ua-ya istinadən xəbər verir.


Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin 425-ci Əlahiddə Hücum Alayının hərbi qulluqçuları Pokrovskun mərkəzində Ukrayna bayrağını nümayişkəranə şəkildə qaldırıblar.


Qeyd edək ki, dekabrın 2-də Rusiya Silahlı Qüvvələri şəhəri nəzarətə götürdüyünü bəyan etmişdi.



Telegram kanalımız