ABŞ Prezidenti Donald Tramp Tailand və Kamboca baş nazirləri - Anutin Çarnvirakul və Hun Manet ilə danışıqlar aparıb.


Oxu.Az bildirir ki, bu barədə məlumatı Tramp "Truth Social" sosial şəbəkə hesabında paylaşıb.


Onun sözlərinə görə, iki ölkənin liderləri dekabrın 12-si axşamdan etibarən atəşkəsə razılaşıblar. Tramp qeyd edib ki, tərəflər oktyabr ayında bağlanmış sülh sazişinə riayət edilməsinə qayıtmağa hazırdırlar.


Xatırladaq ki, Tailand və Kamboca arasındakı münaqişə dekabrın 8-i Tailand ordusunun mübahisəli sərhəd boyunca hava zərbələri endirdikdən sonra yenidən alovlanıb.



Telegram kanalımız