Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub.


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq Əmr imzalanıb.


Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib.


Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenenat Zakir Ağayev idi. O, ötən il təqaüdə göndərilib.


Yeni rəis Elmir İbrahimov isə əvvəllər Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. General Birinci və İkinci Qarabağ müharibəsi işitirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb.



Telegram kanalımız