Ukrayna Prezidenti Vladimir Zelenski sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfər edib.


"Yeni Sabah" xəbər verir ki, “Zeit” nəşri yazıb.


Bildirilib ki, dekabrın 15-də kansler Fridrix Merz və Prezident Vladimir Zelenski, Avropanın bir sıra dövlət və hökumət başçıları, o cümlədən Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keyr Starmer, eləcə də Avropa Birliyinin və NATO-nun yüksək vəzifəli rəsmiləri Berlində sülh danışıqlarına dair görüşdə iştirak edəcəklər.


ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də görüşdə iştirak etmək üçün Berlinə gəliblər./Axar.az



Telegram kanalımız