ABŞ danışıqları mümkün qədər tez yekunlaşdıraraq Rusiya-Ukrayna münaqişənin həlli üçün güclü paket təklifi təqdim etmək niyyətindədir. Bu barədə “Axios” məlumat yayıb. 




Sfera.az nəşrə istinadən xəbər verir ki, Amerika tərəfinin hazırda məqsədi mümkün olan ən güclü tədbirlər paketini hazırlamaq və bu prosesin başa çatmasına imkan verəcək bir təkliflə Rusiyaya qayıda biləcəyimizi görməkdir.




Dekabrın 15-də Ağ Evdə çıxışı zamanı ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinin indiyə qədər olduğundan daha yaxın olduğunu vurğulayıb.




ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk raundu 14 dekabrda Berlində baş tutub və təxminən beş saat davam edib. Tərəflər dialoqlarını 15 dekabr səhəri təxminən iki saat davam etdiriblər. ABŞ nümayəndə heyətinə Prezidentin xüsusi elçisi Stiven Vitkov və Trampın kürəkəni, sahibkar Cared Kuşner daxil olub. Ukraynanı isə prezident Zelenski, Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Andrey Qnatov təmsil edib.




"Axios" bildirib ki, gələn həftəsonu hərbi səviyyədə və işçi qruplarının nümayəndələrinin iştirakı ilə ABŞ-nin ir yerində, ola bilsin ki, Mayamidə, ikitərəfli danışıqların yeni raundu keçirilə bilər.




Niyaz Hacıyev

Sfera.az