Azərbaycan Dəmir Yolları QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 20 və 21 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.


 


Sfera.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.


 


Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər etmək olar.


 


Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və yaxud "ADY Mobile" tətbiqindən əldə etmək olar.