Rusiyanın Kamçatka diyarında 5,0 maqnitudalı zəlzələ qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialının teleqram kanalında bildirilib.


 


Məlumata görə, seysmik hadisə Petropavlovsk-Kamçatskidən 218 km məsafədə baş verib.


 


Zəlzələnin episentrinin dərinliyi 58,3 km olub.


 


Dağıntı və ya tələfat barədə məlumat verilmir.