Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaradəniz üzərində naməlum dronun vurulması ilə bağlı danışıb.


"Yeni Sabah" CNN Türk-ə istinadla xəbər verir ki, 16-cı Səfirlər Konfransında çıxışı zamanı bildirib:


“Mülki gəmilərin hədəf alınmasının heç kimə faydası olmaz. Tərəflərə xəbərdarlıqlarımızı çatdırırıq”.


Prezident Ərdoğanın sözlərinə görə, Türkiyə bu il Rusiya və Ukraynanı 3 dəfə İstanbulda bir araya gətirib və İstanbul danışıqları Türk diplomatiyası üçün mühüm uğur olub.


O vurğulayıb ki, müharibənin Qara dənizə yayılmasının qarşısı alınıb, lakin son hadisələr fonunda mülki gəmilərin təhlükəsizliyi məsələsi xüsusi narahatlıq doğurur.



Telegram kanalımız