Azərbaycan müdafiə naziri yanında İnspektorlar Qrupunun üzvü, Vətən müharibəsinin komandanlarından biri, “Qarabağ” ordenli general-leytenant Mais Bərxudarov ABŞ-dən gəlmiş hərb sahəsi üzrə alimlərlə görüşüb.


“Yeni Sabah” xəbər verir ki, generalla görüşdə iştirak edənlər West Point Hərbi Akademiyasının professoru Con Spenser və onunla birlikdə işləyən başqa bir mütəxəssisdir.  


Onlar hər ikisi ehtiyatda olan hərbçidir və 2021-ci ildə Şuşaya səfər ediblər.


Amerikalı ekspertlər bir neçə aydır Azərbaycana mütəmadi olaraq gəlib-gedirlər.



Görüşdə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Anar Eyvazov da iştirak edib.


Əsmətxanım Rzazadə



Telegram kanalımız