Kürdəmirdə 5 gün əvvəl əməliyyat olunan 22 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.


 


Sfera.az xəbər verir ki, hadisə 19 radələrində Mərkəzi rayon xəstəxanasında qeydə alınıb.


 


Belə ki, Kürdəmir rayon Qarasu kənd sakini 2003-cü təvəllüdlü Nurməmmədova Məleykə Müsəllim qızı dekabr ayının 11-də ginekoloji problemlə bağlı xəstəxanaya müraciət edib.


 


Həkimlər ona əməliyyat təyin ediblər.


 


Dekabr ayının 12 isə qadın əməliyyat olunub. Əməliyyat uğurlu alınsa da Məleykə Nurməmmədova dekabr ayının 16-da saat 19 radələrində kəskin qan azlığından dünyasını dəyişib.


 


 


Mərhumun yaxınları qadının ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndirirlər. Qeyd edək ki dünyasını dəyişən qadın 5 ildir evlidir və onun bu evlilikdən iki azyaşlı qızı var.


 


 


Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb./bizim media.az