Daha əlverişli olduğu üçün Türkiyədə diş müalicəsi almağı seçən bir qadının təcrübələri qlobal müzakirə mövzusuna çevrilib.
Sfera.az bildirir ki, Türkiyədə implant əməliyyatından sonra ciddi infeksiya keçirən qadın indi burnunun çökməsinə qədər irəliləyən ciddi sağlamlıq problemləri ilə mübarizə aparır.
İngiltərədə yaşayan 41 yaşlı Leanne Abeyance daha əlverişli olduğu üçün Türkiyədə diş müalicəsi almağa qərar verib.
Lakin bu qərar təxminən iki il davam edən kabusa çevrilib. Gənc qadın iddia edir ki, etdiyi implantlar səbəbindən burnu çöküb və üz toxuması nekroz keçirib.
İki uşaq anası Leanne, İngiltərədə təxminən 50.000 funt sterlinqə başa gələcək müalicə üçün Antalyaya gəlib.
O, sinus lifti, sümük transplantasiyası, blomp çıxarılması və implant yerləşdirilməsi üçün ümumilikdə 3000 funt sterlinq ödəyib. Lakin işlər əvvəldən planlaşdırıldığı kimi getməyinəb. Leanne lokal anesteziya altında olsa da, prosedur zamanı hər şeyi hiss etdiyini deyir.
O, sümük transplantasiyası zamanı sanki üzünə çəkiclə vurulduğunu və sinus qaldırma əməliyyatı zamanı üzünün qoparıldığını təsvir edir. Prosedurdan sonra günlərlə yata və yeyə bilməyib. Üzü göyərmiş və şişkinliklə örtülüb.
Müvəqqəti dişlər taxdıqdan sonra Leanne İngiltərəyə qayıdıb, lakin şikayətləri azalmayıb
Ona sinusit diaqnozu qoyulub və antibiotiklər verilsə də, bu da kömək etməyib. Şəxsi stomatoloqda çəkilmiş rentgen əsl problemi ortaya qoyub: implantlar burnuna, arakəsməyə qədər uzanıb.
İmplantlar çıxarılıb, lakin infeksiya o qədər irəliləyib ki, xəstəxanada əməliyyat aparmaq mümkün olmayıb. Təxminən iki il sonra Leannenin burnu çökməyə başlayıb. Həkimlər implantların yaratdığı infeksiya səbəbindən burun toxumasının öldüyünü, yəni nekrozun inkişaf etdiyini bildiriblər.
Aynil