Ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova dekabrın 16-da, həbsdən sonra ilk solo konsertini verib. Konsert zamanı ifaçı həyat yoldaşı Fazil Əmiraslanovla ayrıldıqlarını bildirib.
“Sizi bilmirəm, mən sevməyə son qoymuşan. Fazillə hər şey bitib”, - o deyib.
R.İsmayılovanın bu çıxışı onun evlilik tarixini də gündəmə gətirib.
“Yeni Sabah” müğənninin evlilikləri haqqında materialı təqdim edir:
Müğənnini ilk evliliyi Yaşar adlı bəylə olub. Onun bu evlilikdən qızı Aysun İsmayılova dünyaya gəlib. İfaçı müsahibələrində qızının atası haqqında danışaraq bildirib:
Aysun İsmayılova isə açıqlamalarından birində 14 yaşı olanda atasını tapdığını, lakin onu qəbul etmədiyini bildirmişdi. İfaçı bioloji atası Yaşar olsa da, ona atalıq edən şəxsin Fazil Əmiraslanov olduğunu söyləyib.
İfaçının 2-ci evliliyi qızı Yağmurun atası ilə olub. Adı açıqlanmsa da, həmin bəyin Azərbaycanda çox tanınmış nəslin nəvəsi olduğu deyilir. Rəqsanə həmin bəylə qeyri-rəsmi yaşayıb və bu münasibətdən qızı Yağmur dünyaya gəlib. Müğənni müsahibələrinin birində keçmiş həyat yoldaşı haqqında belə açıqlama verib:
Rəqsanə İsmayılovanın 3-cü evliliyi iş adamı Fazil Əmiraslanovla olub. İfaçı həyat yoldaşı Fazil Əmiraslanovla 2011-ci ildə məclislərdən birindən tanış olduğunu bildirmişdi. 4 illik sevgi münasibətlərindən sonra cütlük evlənmək qərarına gəlib. Fazil Əmiraslanov Rəqsanənin iki qız övladını (Aysun və Yağmur) da öz soyadına keçirib. Onların bu evlilikdə 2 övladı var. Oğlu Muhamməd Əli və qızı Mihrimah Sultan.
R.İsmayılova ilə evlilik biznesmenin ikinci nikahı olub. Onun ilk evliliyi 20 il çəkib və bu nikahdan iki övladı var.
Müsahibələrinin birində Rəqsanənin övladları daxil 6 uşağı olduğunu bildirən Fazil Əmiraslanov onların içində ən çox bağlandığı Rəqsanə ilə nikahlarından dünyaya gələn Mihrimah Sultan adlı qızları olduğunu deyib.
R.İsmayılovanın sonuncu nikahda olduğu F.Əmiraslanovun evlilikdən sonra öz qohum-əqrabası və yaxınlarından uzaqlaşdığı haqqında iddialar da var. Bildirilir ki, hər zaman qohum-əqraba ilə sıx münasibətdə olan F.Əmiraslanov bu evlilikdən sonra hər kəslə məsafəli davranıb. Eyni zamanda onun da müğənni kimi estetik prosedurlar etdiyi və saç əkdirdiyi deyilir.
Bundan əlavə Rəqsanənin ilk evliliyinin Aysunun atası ilə deyil, başqa bəylə olduğu haqqında da iddialar var. Əgər iddialar doğrudursa, belə çıxır ki, müğənni 4 dəfə ailə həyatı qurub və 4-də də uğursuz alınıb.
Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrumetmə cəzası gözləyir. O, noyabrın 19-da ev dustaqlığına buraxılıb.
Aydan Hacı
Telegram kanalımız