Müğənni Rəqsanə İsmayılova ilə həyat yoldaşı Fazil Əmiraslanovun boşanması barədə rəsmən addım atılmayıb.


 


Sfera.az xəbər verir ki, bu sözləri Teleqrafa-a Fazil Əmiraslanovun vəkili Ramal Şahmarov deyib.


 


"Bu haqda hər hansı rəsmi məlumat yoxdur, Fazil Əmiraslanov rəsmən boşanmaq üçün məhkəməyə müraciət etməyib" - vəkil əlavə edib.


 


Qeyd edək ki, Rəqsanə İsmayılova ötən gün teleproqramların birində “Sizi bilmirəm, mən sevməyə son qoymuşan. Fazillə hər şey bitib”, - deyə açıqlama yayıb.


 


Xatırladaq ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməklə ittiham olunur.


 


Qızı Aysun onun borcunun 100 min manatını ödədikdən sonra ifaçı ev dustaqlığına buraxılıb.