LGəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib.


 


Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə qeydə alınıb.


 


Belə ki, 4-cü sinif şagirdi S.Hüseynli göz nahiyəsindən xəsarət alıb. Bu səbəbdən məktəbə təcili tibbi yardım briqadası çağırılıb. Xəstəxanaya çatdırılan 2016-cı il təvəllüdlü şagirdə ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir.


 


İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.


 


Hazırda faktla bağlı araşdırma aparılır.