Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaq zamanı televiziya aparıcısı Ela Rümeysa Cebeci həbs olunub. Bu barədə "A Haber"ə istinadən Modern.az məlumat yayıb.


 


Sfera.az xəbər verir ki, istintaq zamanı Cebecinin narkotik testinin nəticəsi müsbət çıxıb. Məhkəmədə ifadəsi alındıqdan sonra o, "narkotik maddə istifadəsini asanlaşdırma" maddəsi ilə ittiham edilərək həbsə göndərilib.


 


Aparıcı test nəticəsinin səhv olduğunu iddia edib və həyatında heç vaxt narkotik maddə qəbul etmədiyini bildirib.


 


Qeyd edək ki, Cebecinin THC (tetrahidrokannabinol) maddəsini qəbul etdiyi və bu anı videoya çəkərək məşhur komediya ustası Cem Yılmaza göndərdiyi də məlum olub.