Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç barəsində Kiyev məhkəməsinin çıxardığı qiyabi hökm rəsmən qüvvəyə minib.


 


Sfera.az bildirir ki,  bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.


 


Məhkəmənin qərarına əsasən, Yanukoviç 15 il müddətinə azadlıqdan məhrum edilib. O, fərariliyin təbliği, vətəndaşların Ukraynanın dövlət sərhədindən qanunsuz keçirilməsinin təşkili və dövlətə xəyanət ittihamları ilə təqsirli bilinib.


 


Qeyd olunur ki, dövlətə xəyanət ittihamı sabiq prezidentin Rusiya ilə əlaqələri fonunda irəli sürülüb.


 


Xatırladaq ki, Viktor Yanukoviç 2010–2014-cü illərdə Ukraynanın prezidenti olub. 2014-cü ildə baş verən “Maydan” hadisələrindən sonra ölkəni tərk edərək Rusiyaya sığınıb və o vaxtdan bəri orada yaşayır.


 


Aynil