Çin paytaxtında keçirilən bir sənət sərgisində xoşagəlməz hadisə baş verdi. Bir uşaq təsadüfən yüz minlərlə dollar dəyərində feniks formasında olduqca qiymətli bir qızıl tacı yıxıb.
Sfera.az xəbər verir ki, eksponat məşhur Çin gözəllik bloqçusu Zhang Kaiyeyə məxsusdur.
Hadisə, 87 rəssamın iştirak etdiyi sərgiyə ev sahibliyi edən Pekind X Muzeyində baş verib. Sərgi oktyabr ayından bəri davam edir və 2026-cı ilin yanvar ayına qədər davam etməsi planlaşdırılır.
Sərgilərə baxarkən bir uşaq şüşə qutuya toxunub, nəticədə tac yerə düşüb və ciddi ziyan dəyib. İlkin ekspert qiymətləndirmələrinə görə, zərər təxminən 90-100 min Azn təşkil edir.
Əşyanın sığortalanmasına baxmayaraq, Zhang Kaiyi zərəri yalnız materialın bazar dəyəri əsasında qiymətləndirə bilməyəcəyini bildirib.
"Bu, sadəcə qızıl deyil. Bu, ərimin xüsusi olaraq toyumuz üçün hazırladığı bir şeydir. Dəyəri ölçülə bilməz"- deyə o qeyd edib.
Bloqqer izləyicilərindən sığorta iddiasının düzgün şəkildə necə təqdim edilməsi barədə məsləhət istəyib və uşağın ailəsindən kompensasiya tələb etmək niyyətində olmadığını vurğulayıb.
Pekin vəkilləri qeyd edirlər ki, oğlan yetkinlik yaşına çatmadığı üçün valideynləri və ya qəyyumları potensial olaraq məsuliyyət daşıya bilərlər. Eyni zamanda, muzey nümayəndələri şüşə qoruyucu örtüyün düzgün şəkildə bağlanmadığını və buna görə sərgi salonunun özünün qismən məsuliyyət daşıdığını bildiriblər.
Vəkillər həmçinin qeyd edirlər ki, eksponatın dəyəri və kövrəkliyi nəzərə alınmaqla, vitrinin daha sabit qoyulması və qorunması lazım idi. Tacın yaxınlığında "Toxunma" xəbərdarlıq lövhələrinin olub-olmadığı hələlik məlum deyil.
"Mən heç kimi ifşa etmək və ya ittiham etmək istəmirəm. Mənim yeganə arzum vəziyyətin ədalətli həlli və gələcəkdə oxşar hadisələrin qarşısının alınmasıdır"- deyə blogger Çjan Kayyi vurğulayıb.
Aynil